29 Yanvar 2021 23:56
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

[Fərid Şəfiyev Gürcüstanda Naxçıvan dəhlizi ilə bağlı narahatlıqlara münasibət bildirib]

“Bölgədə daha geniş regional əməkdaşlıq üçün imkanlar yaranıb”.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Gürcüstanın “Sərhədyanı zona” təşkilatının “Cənubi Qafqaz: yeni çağırışlar və yeni imkanlar” mövzusunda onlayn formatda keçirilən konfransında deyib.

O, çıxışı zamanı bu məsələ ilə bağlı yaranan bəzi narahatlıqlara münasibət bildirib:

“Bəzi gürcü ekspertlər düşünürlər ki, Naxçıvan dəhlizinin işə düşməsindən sonra Gürcüstanın bölgədəki rolu kiçiləcək. Mən belə hesab etmirəm. Daşınan yüklərin həcmi azala bilər, lakin burada Azərbaycandan Gürcüstan və Türkiyəyə istiqamətlənən enerji layihələrinin əhəmiyyətini vurğulamaq istərdim. Bu layihələr ən azı növbəti 20 il ərzində fəaliyyət göstərəcək. Bununla yanaşı, Bakı-Tbilisi-Qars layihəsinə də tələbat yüksək olacaq”.

F.Şəfiyev qeyd edib ki, İranın da regional rolunun zəifləyəcəyinə dair narahatlıqlar yaranıb: “İran Bayden administrasiyası ilə öz məsələlərini həll edərsə, “Şimal-Cənub” dəhlizindən istifadə edə bilər. Hesab edirəm ki, nəqliyyat layihələrinin imkanları onların ətrafında yarana biləcək narahatlıqlardan daha çoxdur”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər