5 Fevral 2021 14:40
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 dövlət proqramı qəbul olunub. Təhsil, səhiyyə, mədəniyyət, gənclər və sosial sferanı əhatə edən onlarla proqram icra edilib. Bu proqramların mühüm nəticələri inkişafın yeni hədəflərini formalaşdırıb. Nəticədə bugünkü sosial-iqtisadi inkişafın təminatına əsas yaranıb. Növbəti 10 il üçün təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram isə tamamilə fərqlidir. Bu proqram bütövlükdə ölkənin, cəmiyyətin inkişafına təkan verəcək. Strateji planlaşmanın məhsulu olan dövlət idarəçiliyi daha da təkmilləşəcək.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bu proqramın icrası ilə Azərbaycanın sosial iqtisadi inkişaf səviyyəsinə görə, yeni mərhələyə keçəcəyini bildirib:

“4-cü sənaye inqilabı dövründə yaşayırıq. Bu dövrün tələblərinə hansı dövlət, cəmiyyət daha tez uyğunlaşırsa, nəticədə uğurlu olur. Proseslərə adekvat reaksiya verən, qabaqlayıcı tədbirlər görən cəmiyyətlər sürətlə inkişaf edəcək. Burada elmi texniki tərəqqinin nailiyyətlərindən daha çox bəhrələnmək imkanı olacaq”.

Musa Quliyev qeyd edib ki, proqrama əsasən Nazirlər Kabineti bu ilin 9 ayı ərzində strategiya hazırlayacaq:

“Bu proqram 4-cü sənaye inqilibının tələbləri səviyyəsində ölkənin və cəmiyyətin təşkil olunması niyyətini güdür. Sürətlə inkişaf edən dinamik iqtisadi, siyasət cəmiyyətin sosial ədalətə əsaslanan inkişafını təmin edəcək. Rəqabət qabilliyətli insan kapitalı, azad olunan ərazilərə qayıdış və təmiz ekologiya da bu proqramda nəzərdə tutulub. Cəmiyyətin hazırlanması, müasir tələblərə cavab verən insan kapitalının formalaşması ilə ölkənin harmonik inkişafını təmin olunacaq”.

Deputat əlavə edib ki, bu, olduqca böyük və iddialı bir proqramdır:

“Proqramın icrası Azərbaycanı inkişaf edən ölkələr sırasına çıxaracaq. Ölkədə həyat səviyyəsinin yüksəlməsi, elmin, təhsilin ən yüksək səviyyədə qurulması, sağlam toplumun formalaşmasına xidmət edəcək. Azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” startegiyasına uyğun starteji plan həyata keçiriləcək. Ekologiyanın, təbii ehtiyyatların qorunması da dövlət proqramında öz əksini tapıb. Azərbaycanda demoqrafik siyasət yüksək səviyyədədir. İnsan resursalarını, insan kapitalına çevirmək üçün rəqabət qabiliyyətli kadrlar yetişdirilməsi mümkün olacaq. Bütövlükdə proqram xoşbəxt gələcəyimizə və güclü dövlət olmağımıza hədəflənib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər