Sülhə xidmət edən prosesləri dəstəkləmək lazımdır. Nəzərə almaq lazımdır ki, iqtisadiyyat vacib sahədir. Əslində siyasətin də bünövrəsi iqtisadiyyatdan qaynaqlanır. Buna da təbii yanaşmaq lazımdır. İlk növbədə görüləcək işlər kommunikasiyaların açılması, yolların işlək vəziyyətə salınması ilə bağlı olmalıdır. Ümid edirəm ki, regionda bu istiqamətdə addımlar atılacaq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov 44 günlük müharibədən sonra kommunikasiya və yolların açılması haqda danışarkən bildirib.
Sabiq prezidenti hesab edir ki, kommunikasiya xətlərinin açılması sülhə və sabitliyə xidmət edə bilər: “Bunsuz mümkün deyil. Bir daha vurğulamaq istərdim ki, siyasətin bünövrəsi iqtisadiyyatdır. İqtisadiyyatsız siyasət ola bilməz”.