9 Fevral 2021 14:19
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Proseslər Azərbaycanın maraqlarına uyğun formada cərəyan edir. 10 noyabr və 11 yanvar bəyanatlarından sonra proseslər Azərbaycanın diqtəsi ilə icra olunur. 44 günlük hərbi Qələbəmiz davamlı olaraq siyasi mübarizəmizi təmin edir. Artıq bundan sonra davamlı uğurlarımızın ardıcıllığını izləyəcəyik.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə qədər olan proseslər başqa idi:

“Amma bundan sonra reallıqlar dəyişib. Prosesə birbaşa nəzarət var. Qardaş Türkiyənin nəzarəti ilə proseslər tam nəzarət altındadır. Ən xırda detallar belə diqqətdən yayınmır. Azərbaycan bütün proseslərdən məlumatlıdır. Belə məlumatlılıq ermənilərin istənilən təxribatının da qarşısını almağa əsas yaradır. Monitorinq Mərkəzi ilə vəziyyət tam nəzarətdə saxlanılır. Laçın koridorundan da istifadə birbaşa nəzarətdədir. 11 yanvarda imzalanmış sənəd bütövlükdə Azərbaycanın regionla bağlı siyasətinə və strategiyasına uyğundur. Nəqliyyat kommunikasiyalarının yaradılması, iqtisadi layihələrin icrası mümkün olacaq. İşğaldan azad olunmuş ərazilərlə bağlı planlar Azərbaycanın strateji baxışları ilə tam uzlaşır. Nikol Paşinyan da imzaladığı sənədin mahiyyətindən xəbərdardır. Baxmayaraq ki, o İrəvanda heç bir sənədə imza atmayacağını deyirdi. Moskvada sənədi imzladıqdan sonar bəraət üçün həbs edilmiş 62 terrorçu ilə bağlı məsələni qabartamağa çalışdı. Amma buna nail ola bilmədi. Paşinyan mövcud reallıqlara uyğun davranmaq məcburiyyətindədir. Bunu o könüllü etmir. Cənab Prezidentin və Ordumuzun yaratdığı reallıqlar bunu təmin edir”.

Elşad Mirbəşiroğlu Paşinyanın əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməkdən başqa yolunun olmadığını qeyd edib:

“Ermənistanın özünü fərqli aparmağa çalışar, revanşist hislərə qapılarsa, vəziyyəti indikindən də ağır olacaq. Cənab Prezident İlham Əliyev bunu dəfələrlə vurğulayıb. Erməni cəmiyyətində kifayət qədər adamlar var ki, düşdükləri ağır dürumu etiraf edirlər. Erməni katalikos da onların heç vaxt indiki qədər çətin vəziyyətə düşmədiyini açıqlayıb. Paşinyan da anlayır ki, onun əldə edilmiş razılaşmanın şərtlərinə əməl etməkdən başqa yolu yoxdur”.

Deputatın əlavə edib ki, Paşinyanın indiki yanaşması Azərbaycan Prezidenti Cənab İlham Əliyevin və Ordumuzun yaratdığı reallıqdır:

“Paşinyan və Ermənistan bu reallıqlara baş əymək məcburiyyətindədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər