9 Fevral 2021 19:54
2 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yaxın Şərq, Aralıq dənizi və Orta Asiyada öz nüfuz dairəsini genişləndirməsi Qərbi hamıdan çox narahat etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.

Əvvəllər parçalanmış Türkiyə xəritəsi ilk gündəmə gələn “Stratfor”un qurucusu Corc Fridman bu dəfə başqa bir iddia ilə diqqət çəkib.

Fridmanın “Qarşıdakı 100 il” adlı kitabında Türkiyə ilə bağlı yeni xəritə dərc edib. O, xəritəsində Türkiyənin 2050-ci ilədək öz təsir dairəsinə saldığı ölkələrin adlarını qeyd edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qeyri-rəsmi mətbuat orqanı sayılan “Stratfor”a görə, Türkiyə 2050-ci ilədək bu ölkələri öz təsir dairəsinə daxil edəcək:

“Yunanıstan, Cənubi Kipr, Liviya, Misir, Suriya, İraq, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Yəmən, Körfəz ölkələri, Gürcüstan, Ermənistan, Azərbaycan, Krım, Türkmənistan və Qazaxıstan”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər