11 Fevral 2021 09:14
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki şərtlər daxilində Rusiya Ermənistanda Nikol Paşinyan komandasının hakimiyyətdə qalmasında maraqlıdır və zənnimcə, onu dəyişdirmək haqqında düşünmür.

Bunu Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

O bildirib ki, Moskva 10 noyabr və 11 yanvar razılaşmalarının Paşinyanla həyata keçirilməsində maraqlıdır:

“Yəni qarantiya yoxdur ki, sabah hakimiyyətə başqa biri gəlsə, bu razılaşmaları həyata keçirəcək və ya gecikdirəcək. Ermənistanda bəzi siyasətçilər açıq deyirdilər ki, hakimiyyət dəyişsə, bu razılaşmalara yenidən baxmaq lazımdır. Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Ruslar üçün hazırda vacib məsələ odur ki, Mehri dəhlizindən keçməklə İrana, Türkiyəyə və Ermənistana birbaşa quru və dəmir yolu əldə etsin. Buna qədər Rusiyanın Ermənistana birbaşa dəmir yolu yox idi. Fikrimcə, bu dəhliz açıldıqdan sonra Rusiya Ermənistanda təsirini daha da artıra biləcək. Ermənistanda bu sazişə şübhə ilə yanaşan istənilən qüvvə Rusiya üçün məqbul deyil”.

Politoloq hesab edir ki, əgər Ermənistanda Paşinyan hökumətini bir başqası ilə əvəz etmək niyyəti olsaydı, elə birinci gündən bunu həyata keçirərdilər:

“Baxın, görün Moskvada nə qədər erməni var. Onlardan birini çıxarıb İrəvana göndərə bilərdilər. Nəzərə alın ki, erməni qanunlarına görə, diasporda olan ermənilərdə avtomatik vətəndaş sayılır. Elə İrəvanda dəfələrlə mitinqlər oldu. Hesab edirəm ki, Robert Köçəryan kimi Nikol Paşinyanın da səfərini müşahidə etmək lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər