Yeni Azərbaycan Partiyasının növbəti toplantısı keçirilir.
Teleqraf.com-un əldə etdiyi xəbərə görə, toplantıda YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzovun Daxili İşlər Nazirliyini məhkəməyə verməsi məsələsi də müzakirə olunacaq. Hazırda iclasın davam etdiyi bildirilir.
Xatırladaq ki, deputat S.Novruzov DİN-in onu qanunsuz olaraq cərimələməsinə görə, məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, millət vəkili akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edərək, karantin qaydalarını pozduğu üçün 400 manat cərimələnmişdi.