12 Fevral 2021 01:16
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli İşçi Qrupun 3-cü iclası olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.

“Xəzər dənizində birbaşa təməl xətlərin yaradılması metodologiyasına dair saziş layihəsinin müzakirəsi davam etdirildi, bir sıra müddəalar razılaşdırıldı.

Tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını keçirdi, beşinci Xəzər sammitinin qərarlarının reallaşdırılması məsələlərinə baxıldı.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirdi və görüşün təşkilinin yüksək səviyyəsinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını ifadə etdilər”, - deyə rəsmi məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər