12 Fevral 2021 13:30
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində həlledici rol oynamağa başlayıb. Avropa İttifaqının təbii qazla təchizatı müəyyən edilmiş mənbələrdən asıllı olduğundan enerji təchizatı son vaxtlar siyasi xarakter almışdı. 2020-ci ilin dekabrında TAP layihəsinin başa çatması ilə Xəzər dənizindən təbii qaz idxal etməyə başlanıb. Bununla Avropa İttifaqı enerji təchizatını şaxələndirə bilib.

Bunu Telqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun fikrincə, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması və Avropa məkanına alternativ mənbədən təbii qazın daxil olması deməkdir: “Eyni zamanda bu faktor Avropa İttifaqının qoşulduğu metan emissiyaların azaldılması proqramına da töhfə olacaq. Perspektivdə Cənub Qaz Dəhlizinin Qərbi Balkan ölkələrinə qədər uzadılması məsələsi aktuallaşıb. Xəzər dənizin Avropa İttifaqı ilə Cənub Qaz Dəhlizi marşurutu vasitəsilə birləşməsi regiona sabitlik gətirəcək”.

Millət vəkili Cənub Qaz Dəhlizinin başa çatması və bu layihənin əhatə dairəsinin genişləndirməsinin Azərbaycana təbii qazın satışında yeni imkanlar açacağını söyləyib: “Azərbaycanın Xəzər dənizində 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatları mövcuddur. İcra olunan bu layihə uzun illər xalqımıza xidmət edəcək.

Eyni zamanda Cənub Qaz Dəhlizi ancaq Azərbaycan qazının ixracına hesablanmayıb. Azərbaycanın Türkmənistanla yanvarda imzaladığı Memorandumla "Dostluq" yatağında istehsal olunacaq qazın ixracı da həmin kəmər vasitəsilə həyata keçiriləcək. Gələcəkdə Xəzər dənizinin şərqində yerləşən ölkələrinin də bu marşuruta qoşulacağını nəzərdə tutulur.

CQD-nın gələcək perspektivlərinin daha geniş olacağı indidən məlumdur. Bu dəhlizin icrasında Azərbaycan əsas sərmayədar və təşkilatçıdır. Gəlirlərin əldə olunmasında da əsas paya ölkəmiz malikdir”.

Azər Badamov ölkəmizin enerji resurslarının ixracında və tranzit daşımalarında iqtisadi gəlir əldə edəcəyini vurğulayıb: “Avropa İttifaqının qazla təchizatı Azərbaycan üçün yeni bazardır. Bu bazarda Azərbaycanın enerji resurslarına tələbat günü-gündən artır. Yeni enerji layihələri iqtisadi dividentlərlə yanaşı siyasi mövqelərimizin güclənməsinə əsas yaradacq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər