12 Fevral 2021 23:13
9 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdəki məskunlaşdırma işi Hadrut və Şuşadan başlamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert azad edilmiş ərazilərdəki son durumdan danışıb:

“İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi vaxt alacaq. Bu aydındır. Ancaq müxtəlif ölkələrin müasir texnologiyalarını tətbiq etməklə minaların təmizlənməsi prosesini sürətləndirmək mümkündür. İşğaldan azad olunmuş bölgələrə müasir texnoloji qurğular cəlb olunub. Əlbəttə, insan həyatı vacibdir. Ancaq minaların təmizlənməsi prosesini sürətləndirməklə bizim üçün vacib olan köçürülmə prosesini də sürətləndirmək imkanı qazanacağıq.

Birinci növbədə Dağlıq Qarabağın içini – Şuşa və Hadrutu məskunlaşdırmalıyıq ki, əhalinin nisbətini dəyişə bilək. Xankəndi, Xocalı və hələ ki, işğal altında olan digər ərazilərimizin də məskunlaşması planlarını tərtib etməliyik. Əsas odur ki, proses başlayıb və böyük fasilə götürmək olmaz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər