Ötən il Almaniyanın Münhen şəhərində təşkil olunan Təhlükəsizlik Konfransında cənab Prezidentin erməni baş naziri ilə debatı barədə bir məqalədə yazdım. Bu heç də təsadüfi deyildi. Hər bir azərbaycanlının içərisində, düşüncələrində, duyğularında bir qurur hissi yaranmışdı. Cənab Prezident Münhen debatındakı çıxışı tək Nikol Paşinyana qarşı deyildi. Bu ədələtsiliyə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi və erməniçiliyin, erməni faşizminin törətdiyi cinayətlərin ifşası demək idi. Bu cinayətlər üzə çıxardılıb ifşa edilərək, dünyaya konkret bir nümunə göstərildi. Nümunə faktiki olaraq vətən Müharibəsində rəşadətli Ordumuzun qalibiyyətinin siyasi əsaslarını yaratmış oldu.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Onun fikrincə, bu çıxış müxtəlif tərzlərdə təhlil oluna bilər: “Siyasi, iqtisadi, psixoloji cəhətdən təhlillər aparmaq mümkündür. Açıq görünən odur ki, Azərbaycan Prezidenti dünyaya indiyədək ermənilərin hiyləsinə, yalanına rəğbətlə yanaşmaq fikrində olanlara belə ciddi mesajlar verdi. Güclü, əsaslandırılmış məntiqlə, yüksək bilik və savadla Azərbaycan xalqı dünyaya siyasi Liderin obrazında təqdim olundu. Paşinyanın söhbəti tamamilə mənasız bir istiqamətə yönəltməyı cəhdləri də iflasa uğradı”.
Səməd Seyidova görə, bu Cənab Prezident İlham Əliyevlə Paşinyan debatında tarixi həqiqətlər bir daha bütün dünyaya açıq şəkildə çatdırılmış oldu: “Cənab Prezident dünya erməniçiliyi, ədalətsizliyi və yalnız Azərbaycana yox, beynəlxalq qanunun işləməməsinin hansı nəticələrə səbəb olduğu gündəmə gətirildi”.
Deputat qeyd edib ki, cənab Prezidentin Münhen çıxışı tarixi bir çıxış idi: “Azərbaycanın tarixi Zəfərinin əsaslarını yaradan mövqelərdən biri idi”.