16 Fevral 2021 16:35
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dünya ölkələrinin təhsil sistemi pandemiya səbəbindən ciddi sınaqla üz-üzə qaldı. Bir sıra ölkələr prosesə operativ və adekvat, bəzi ölkələr isə qeyri-adekvat reaksiya verərək distant təhsilə keçdilər. Bu da reallıqdır ki, pandemiya dövründə dünya ölkələri distant təhsil sisteminin intensiv inkişaf etdirilməsinin zəruriliyinə bir daha əmin oldu.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Onun fikrincə, bir çox ölkələr 15-20 il öncə distant təhsil sistemini qurmağa çalışsalar da, həmin ölkələrdə də distant təhsildə problemlər yarandı.

Millət vəkili Azərbaycan təhsil sistemi pandemiya ilə əlaqədar distant təhsilə keçiddən də bəhs edib: “Hazırlıq olmadan onlayn təhsilə keçid, təbii ki, xeyli çətinliklər yaratdı. İnternetin zəif olması, kifayət qədər planşet və komputerin olmaması, sistemin çox yüklənməsi distant təhsilə təsirsiz ötüşmədi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər