17 Fevral 2021 16:54
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara və Vaşinqton arasında müşahidə olunan gərgin münasibətlərin gələcək perspektivinə Türkiyənin NATO üzvü olması müstəvisindən baxmaq daha doğrudur. Aydındır ki, ABŞ-da Demokrat Partiyası nümaqyəndələri, elə prezident Co Bayden də daima insan haqlarından danışır, Türkiyə hakimiyyətinə hər zaman tənqidi mövqedən yanaşırlar. Unutmaq lazım deyil ki, Türkiyəyə baxanda bütövlükdə Avropa və Qərb Osmanlını xatırlayır. Osmanlının Avropanı təsir dairəsində saxlaması dərhal yadlarına düşür. Yəni tarixi yaddaş məsələsi var.

Bu fikirləri Teleqraf.com-a “Ayna Zerkola” qəzetinin təsisçisi Elçin Şıxlı Vaşinqton-Ankara münasibətlərində müşahidə edilən gərginlik haqda danışarkən deyib.

Şıxlının fikrincə, Vaşinqton Türkiyənin onun dediyi ilə oturub-durmasını istəyir:

“Ona görə də, guya hədə-qorxu gəlir, Türkiyənin gözünü qorxutmaq istəyir. Görünür, müəyyən iqtisadi şərtlər və sanksiyalar mövzusunu pərdə arxasında gündəmə gətirmək istəyir ki, Ankaranı özünə tabe etdirsin, S-400 komplekslərinin fəaliyyətini dayandırsın, Moskva ilə Ankaranın əlaqələrini zəiflətsin. Həm də onların baxışınca Türkiyə Cənubi Qafqaz daxil olmaqla, bir çox ərazidə müstəqil hərəkət etməsin. Amma Türkiyə bunu qəbul edəsi deyil”.

Elçin Şıxlı qeyd edib ki, bütün bu məsələ ətrafında iki addım irəli-bir addım geri taktikası olacaq:

“Nəticə olaraq kimin əsəb və sinirləri daha möhkəmdirsə, onun da dediyi olacaq. Ehtimal edirəm ki, bu mübarizə daima davam edəcək. Amerika öz maraqlarından imtina etməmək üçün əlindən gələni edir. Diqqət edəndə məlum olur ki, ABŞ Suriyada yenidən hərbi haza qurmaq istəyir. Çünki Tramp guya Suriyadan çıxır, bura Rusiya və Türkiyənin öhdəsində qalırdı. Liviyada ABŞ-ın və Fransanın sözü keçmir, əsas oyunçu Ankara ilə Moskvadır. Hazırdan Bayden komandası köhnə mövqelərini geri qaytarnmaq istəyir. Eyni zamanda NATO-nun çevik qüvvələri Türkiyəyə tapşırılıb. Bütün bunlar nəzərə alınmalıdır. Məncə, indiki mərhələdə Türkiyəyə təzyiqlər olacaq, amma sonda strateji baxımdan tərəflər bir-birini itirməmək xətti tutacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər