18 Fevral 2021 21:14
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənardan aparılan müşahidələrə əsasən görünən odur ki, Paşinyan sanki siyasi mövqelərində ciddi transformasiya edib. Onun ciddi siyasi mövqeyinin olmaması zamanla vurğulanırdı. Bunun səbəbi mövcud reallıqlar ola bilər. Ermənistanda özünü millətçilər kimi təqdim edənlər vaxtilə Paşinyanın təsirinə düşüblər. Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra əsas məqsədi o idi ki, Rusiyanı erməni cəmiyyətində gözdən salsın. Rusiyanın təşəbbüsü ilə mövcud olan təşkilatların əhəmiyyətsizliyinə erməni cəmiyyətini inandırmaq da onun əsas hədəflərindən idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Xaçaturova qarşı cinayət işinin açılması birbaşa Rusiyaya qarşı həmlə idi:

“Ermənistanı Rusiyanın təsir orbitindən uzaqlaşdırmaq Paşinyan hakimiyətinin əsas hədəfi idi. Soros Fondu da Paşinyanı Azərbaycana qarşı müharibəyə təhrik edirdi. Həmin o cinahdan olan Ermənistanın sabiq müdafiə naziri David Tonoyan 2019-cı ilin martında ABŞ-da səfərdə olanda yeni ərazilər üçün, yeni müharibə ifadəsini işlədirdi. Azərbaycana qarşı hərbi təxribatlar intensiv xarakter alırdı. Məqsəd də o idi ki, münaqişə qızışsın. Ermənistanın uzun müddət cəzasızlıq şəraitində olması da buna rəvac verirdi. Eyni zamanda Rusiyaya qarşı demarş baş verirdi. Paşinyan çalışırdı ki, Rusiya dillemma qarşısında qalsın. O bununla arqument qazanaraq erməni cəmiyyətinə göstərməyə çalışırdı ki, Rusiya Ermənistan üçün əhəmiyyət kəsb etmir”.

Deputatın fikrincə, proqnozlaşdırılan proseslər fərqli bir cəbhədə cərəyan etdi:

“Çünki Paşinyan Azərbayacn Ordusunun gücünü, potensialını hesablaya bilməmişdi. Onun Azərbaycan Prezidentinin siyasi iradəsi haqqında tam təsəvvürü yox idi. Amma buna qədər Paşinyan siyasi nokaut vəziyyətinə də salınmışdı. Erməni baş nazir idarəçilik sayəsində çox şəriştəsiz idi. Onun bu yanlış hesablamaları, təxribatları intensivləşdirməsi 44 günlük müharibəyə gətirib çıxardı. Vəziyyət o dərəcədə dəyişdi ki, Paşinyan gözlənilməz bir durumla üzləşdi. Digər tərəfdən o Rusiyadan uzaqlaşmaq taktikasını dəyişmək məcburiyyətində qaldı. Onun planlaşdırdığı siyasət Azərbsaycan Ordusu tərəfindən darmadağın edildi. O ağır məğlubiyyə uğrayaraq siyasi karyerasının sonuna yaxınlaşdı. Belə olan halda ermənistandan hakimiyyətə gəlmək istəyən oppenentlər Qarabağ kartından istifadəyə cəhdlər etməyə başladılar”.

Millət vəkili qeyd edib ki, Qarabağ klanı yenidən erməni cəmiyyəti üçün cəlbedici görünməyə başlayıb:

“Ermənistanda fevralın 20-də növbəti mitinq planlaşdırılır. Mitinqlə bağlı sabiq prezidentlər R.Köçəryan, S.Sərkisyan, milyarder Sarukyan, müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan və keçmiş DTX sədri Artur Avanesyan bir mövqedən çıxışlar ediblər. Amma realda onların da parçalanması baş verib. Köçəryanın Moskvaya ardıcıl səfərləri artıq bir sıra suallar yaradır. Həmin qüvvələrin bəzi üzvləri başa düşürlər ki, Azərbaycana qarşı revanşist imkanları sıfır bərabərdir. Amma Ermənistanda auditoriyanın bəlli bir qismi Qarabağ klanını dəstəkləmir. İşğal siyasətinin qurbanı yekunda erməni cəmiyyəti olub. Yeganə çıxış yolu Azərbaycan Türkiyə ilə əməkdaşlıq etmək şanslarını sınamalıdır. Ermənistandakı hazırkı əhval ruhiyyə Azərbaycanı qətiyyən narahat etmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər