“Ermənilər tarixən, həmişə satqınlıqla, yalançı iddialar və kompromatlarla özlərini ayrı-ayrı ölkələrdəki siyasi dairələrə soxmağa çalışıblar. Maraqlıdır ki, ermənilər ayrı-ayrı dövlətlərin siyasi komandalarına girə bilirlər, amma normal dövlət qura bilmirlər. Çünki erməni təfəkkürü intriqalar üzərindən maraqların güdülməsinə hesablanıb”.
Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Türkiyə və İrandan sonra Ermənistanın Azərbaycanla sərhədlərinin mühafizəsi də rusiyalı sərhədçilərə tapşırılır. Sizcə, belə bir zərurət nədən irəli gəlir, Rusiya niyə belə bir addıma gedir?
- Öz sərhədlərinin qorunmasını başqa bir dövlətin hərbi qüvvələrinə həvalə etməsi, əslində, siyasi səviyyədə Ermənistanın bir dövlət kimi mövcud olmamasının etirafıdır. Qarabağdakı 44 günlük müharibə Ermənistana bütün sərhədlərinin mühafizəsini Rusiyaya verməsi üçün əsas ola bilməz. Bu proseslər başlayandan erməni mediasında o məlumatlar tirajlanır ki, guya müharibədə texniki cəhətdən sıradan çıxmış Ermənistan ordusu öz sərhədlərinin mühafizəsini təşkil edə bilmir. Məsələ budur ki, sərhədləri ordu yox, sərhəd xidmətləri qoruyur. Dövlət Sərhəd Xidməti də 44 günlük müharibədə iştirak etməmişdi. İndi Sərhəd Xidmətinin ölkə sərhədlərini qorumağa qadir olmaması onun etirafıdır ki, Ermənistan digər bütün istiqamətlərdə olduğu kimi, bu yöndə də yararsız durumdadır.
Digər yandan, Rusiyanın Ermənistanı Cənubi Qafqazdakı fotpostu olaraq görməsi hər kəsə aydındır. Rusiya Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən həyata keçirir. Məsələn, bu anlamda Ermənistan-İran sərhədlərini Rusiya-İran sərhədləri kimi qəbul etmək olar. Ermənistan BMT-nin tamhüquqlu üzvü olsa da, faktiki olaraq, onun sərhədlərinin təhlükəsizliyinə özü yox, Rusiya cavabdehlik daşıyır. Azərbaycanla sərhədlərin də rusiyalı sərhədçilərə həvalə edilməsinə gəldikdə, Rusiya onsuz da sülhməramlı missiya adı altında bölgədədir. Bu, bölgədəki son gəlişmələrlə bağlı olmaqla yanaşı, eyni zamanda, Rusiyanın təhlükəsizlik, hərbi və siyasi maraqları ilə əlaqədardır.
Sərhədlər tam müəyyənləşdirilməlidir. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycan-Ermənistan sərhədləri var. Heç bir halda güzəştlərdən söhbət gedə bilməz, proses tez bir zamanda həll olunmalıdır. İndi ediləcək güzəşt gələcəkdə çox böyük problemlər yarada bilər. Ermənistan isə razılaşmaya yaxın gəlməyən tərəf kimi görünür.
- Bəs ermənilər niyə anlaşmaya yaxın gəlmək istəmirlər?
- Çünki Ermənistan beynəlxalq hüququ nəzərə almır, riskləri hesablamır. Ermənistanın dövlətçilik təfəkkürü yoxdur. Amma buna baxmayaraq, ermənilər dünya tarixində ilk və ən böyük dövləti onların yaratdığını iddia edirlər. Halbuki ermənilər ilk dövlətlərini XX əsrin əvvəllərində yaradıblar. Yəni, onların dövlətçilik tarixi yalançı iddialarının əksinə olaraq, yaxın dövrlərə təsadüf edir. Ermənilər tarixən, həmişə satqınlıqla, yalançı iddialar və kompromatlarla özlərini ayrı-ayrı ölkələrdəki siyasi dairələrə soxmağa çalışıblar. Maraqlıdır ki, ermənilər ayrı-ayrı dövlətlərin siyasi komandalarına girə bilirlər, amma normal dövlət qura bilmirlər. Çünki erməni təfəkkürü intriqalar üzərindən maraqların güdülməsinə hesablanıb.
Bəs ermənilərin ümumi maraqları varmı? Bunun özü şübhəlidir. XXI əsrdə Yaxın Şərq və Cənub-şərqi Avropa kimi böyük bir əraziləri “Böyük Ermənistan” saxtakarlığı altında “erməniləşdirmək” gülüş doğurur. Yəni, bu gün Ermənistanın normal, məntiqli, qısa və uzunmüddətli bir strategiyası yoxdur. Dövlətçilik təfəkkürü olmadığı üçün də Ermənistan sərhədlərini ermənilər yox, ruslar qoruyur.
Ermənistan sərhədlərindən ən çirkli, xüsusən də narkotik daşımaları həyata keçirilir. Çünki ermənilər bu işin “ustalarıdır”. Təsüdüfi deyil ki, bu gün Avropada ən böyük pərakəndə narkotik satışı şəbəkəsi ermənilərə məxsusdur. ABŞ-dakı gecə klublarının az qala 60 faizi ermənilərin əlindədir. Yəni, ermənilər narkotik satışından tutmuş, hər cür əxlaqsızlığa qol qoyur. Problem ermənilərin təfəkküründə və dünyaya baxışındadır. Rusiya da başa düşür ki, ermənilərə dövlət etibar etmək məntiqli deyil.
- Rusiya ermənilərə hara qədər qoruyacaq?
- Məsələ budur ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda dəyişən reallıq daxilində Rusiyanın davranışlarında haçalanma var. Rusiyada bir qrup Yaxın Şərqdən sonra Cənubi Qafqazda da, Ankara və Moskva arasındakı əməkdaşlığı məntiq çərçivəsindən qiymətləndirir, ermənilərin lobbiçiliyini edən qrup isə baş verənlərə əks tərəfdən yanaşır. Həmin qrup bunu anlayır, amma qəbul etmir. Rusiyanın davranışında hər iki qrupun mövqeyini görürük. Məsələ budur ki, Rusiya Müdafiə Nazirliyi və müdafiə sənayesində ermənilərin “Lazarev” Klubunun böyük nüfuz dairəsi var. Bu dairələr Qarabağdakı proseslərə də təsir edə bilir. Rus ordusunun maddi-texniki təchizatına “Lazarev” Klubun rəhbərinin bir ailə üzvü başçılıq edir. Guya “Lazarev” Rusiya və Ermənistanı maddi-mənəvi cəhətlərdən yaxınlaşdıran bir klubdur. Reallıqda isə Ermənistanın maraqlarına xidmət edən “5-ci kolon” rolunu oynayır.
Hesab edirəm ki, Rusiya Cənubi Qafqaz siyasətindəki haçalanmanı idarə etməlidir. Rusiya daxilindəki hər hansı bir qrupun yox, Rusiya dövlətinin maraqları ön planda olmalıdır. Rusiyanın dövlət maraqlarını isə Cənubi Qafqazda Azərbaycan və Türkiyə ilə müştərək əməkdaşlıq təşkil edir.
- Ərazilərin tez bir zamanda minalardan təmizlənməsi ilə bağlı hansı addımlar atılmalıdır?
- Vacib məsələlərdən biri də ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Ərazilərin minalardan təmizlənməsi prosesinə qoşulmaq istəyən çox sayda ölkə var. Məsələn, Almaniya, Böyük Britaniya və digər ölkələrin səfirləri bununla bağlı öz mesajlarını veriblər. Rusiya sülhməramlılarının minaların axtarışı ilə bağlı fəaliyyəti bizi fərqli istiqamətlərdə çıxış yolları axtarmağa vadar edir. Rusiya sabah bizi bölgəni militarlaşdırmaqda günahlandırmasın. Əgər lazımi addımlar atılmasa, bu militarlaşma bizim üçün vacib olacaq. Çünki biz vətəndaşlarımızı qorumalıyıq. Həmin ərazilərdə bərpa işləri təxminən on il çəkəcək. Bu müddət ərzində öz ata-babasının qəbrini görmək üçün ora gedən insanlar öləcəklərmi? Bir il sonra qadağalar işləyəcəkmi? Hərə bir yol tapıb gedəcək. “Olmaz”ı mən də bilirəm, amma hərdən də fikirləşirəm ki, niyə nənəmin qəbrini ziyarət etmək üçün ora getməməliyəm...
- Yaxın gələcəkdə Xocavənd, Xocalı və Xankəndi ilə bağlı hansı gəlişmələrin şahidi ola bilərik?
- Fikrim budur ki, vətəndaşlarımız quruculuq işlərinə paralel olaraq, həmin ərazilərə köçürüləcək. Hesab edirəm ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilər ən qısa müddətdə Azərbaycana təhvil verilməlidir, insanların ora köçürülməsi tezləşdirilməlidir.
Əlbəttə, məsələn, Xocalıya köçün nə vaxt başlayacağı insanları çox maraqlandırır. Çünki Xocalı strateji yer olmaqla yanaşı, həm də bizim üçün mənəvi dəyəri də var. Məlumdur ki, bizi oradan soyqırıma məruz qoyaraq çıxarıblar. Amma ora tezliklə köçə biləcəyimizi düşünmürəm. Bununla belə bu yöndə işlər tezləşdirilməlidir.
Anlayıram ki, o tərəfdən bir nəfər Azərbaycanla danışmalıdır. Amma bu, əli minlərlə insanımızın qanına batmış, terrorbaşı Araik Arutyunyan olmamalıdır. Araik Azərbaycanın 3 min əsgərinin ölümündə iştirak etmiş cinayətkardır. Erməni icmasının bir rəhbəri olmalıdır, amma o, Araik olmamalıdır. O, həm də Azərbaycan ərazilərinin işğal olunmasında və talan edilməsində iştirak etmiş şəxsdir. Azərbaycan bunu şərt olaraq ortaya qoymalıdır ki, Araik danışıqlarda iştirak edə bilməz. Eyni zamanda, hesab edirəm ki, həmin bölgələrə təyin olunan və ediləcək xüsusi nümayəndələr siyasi prosesləri analiz etməyi, reallıqları dəyərləndirməyi bacarmalıdır. Bu, gördüyümüz işin xeyrinə olardı.
Şübhəsiz ki, Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq hüquqa görə Azərbaycan əraziləridir. Yəni, bura Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilər də daxildir. Oradan olan məcbur köçkünlər qeyd-şərtsiz öz yurdlarına qayıtmalıdır. Rusiyanın bəzi dairələrinin tez-tez təkrarladığı “Dağlıq Qarabağın statusu” ilə bağlı açıqlamalarına Azərbaycan Xarici İşlər Nazirliyi və digər səviyyələrdə cavab verilməlidir. Onlara izah olunmalıdır ki, bölgədə davamlı sülh üçün dayanıqlı əsaslar formalaşdırılmalıdır. Dağlıq Qarabağdakı erməni başa düşməlidir ki, o Azərbaycan vətəndaşıdır. Onların otuz il terrorçuların və Ermənistanın arxasında gizlənməsi bu həqiqəti dəyişməyib, bundan sonra da dəyişməyəcək. Qarabağ Azərbaycan deməkdir və bu adi söz deyil.
Bir məsələ də var ki, ermənilər Azərbaycan əhalisindən fərqli olaraq, rahatlığa düşkün deyillər. Nə qədər yalan danışsalar da, onların necə yaşadıqları göz önündədir. İstər Ermənistan, istər Qarabağ, istərsə də Yaxın Şərq olsun, onlar rahatlığın nə olduğunu bilmirlər. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə olarkən onlar haqda yaxşı bir söz demişdi. Dedi ki, bu insanlar bu it damında necə yaşayıblar.
Qarabağdakı ermənilər ən gözəl vaxtlarını Azərbaycanın tərkibində yaşayıblar. İndi onlara mesaj vermək lazımdır ki, nə Araik, nə də Rusiyaya bağlı bir qrup sizi yolunuzdan azdırsın, təqaüd alacaqsınızsa, bunu sizə Azərbaycan dövləti verəcək və s. Bu rəyi onların öz içlərində formalaşdırmaq lazımdır. Bu mesajları təkcə prezident və xarici işlər naziri səviyyəsində yox, hamılıqla dilə gətirməliyik. Onlar başa düşməlidirlər ki, biz azərbaycanlılarla bir yerdə yaşamalıyıq, çünki Azərbaycan bizim dövlətimizdir.