Azərbaycanın Baş naziri Əli Əsədovun gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.
Ə.Əsədov İ.Qaribaşvilini Gürcüstanın hökumət başçısı təyin olunması münasibətilə təbrik edib. O, gürcü həmkarına fəaliyyətində uğurlar arzu edib və onu Azərbaycana rəsmi səfərə dəvət edib.
Tərəflər iki ölkə arasında tarixi mehriban qonşuluq və dostluq münasibətlərinin bundan sonra da əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcəyinə ümidvarlıq ifadə ediblər.