Rusiyalı deputat Konstantin Zatulin Qarabağın Rusiyaya birləşdirilməsinə dair danışıqları “fantaziya” adlandırıb.
Teleqraf.com xəbər verir ki, ermənipərəst siyasətçi son vaxtlar Azərbaycanın Qarabağ bölgəsinin Rusiyaya birləşdirilməsini istəyən insanlarla dəfələrlə görüşdüyünü bildirib.
“Əlbəttə, bu (Qarabağın Rusiyaya birləşdirilməsi – red.) fantaziyadır. Bu, həyata keçirilməyəcək bir plandır: həm prinsipial, həm də konkret siyasi səbəblərdən...”, - Zatulin söyləyib.