5 Mart 2021 13:45
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilirsiniz, “5-ci kolon” məsələsini ortalığa atıblar. Cənab Prezidentə gerçəkdən sadiq olan insanları da bunda günahlandırırlar.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayından sonra açıqlamasında deyib.

“Mən bizim dövrümüzdə də, yəni əvvəlki işçilər arasında da, indi də cənab Prezidentə sadiq olmayan insan tanımıram. Biz hamımız Heydər Əliyev və İlham Əliyev yoluna sadiqik, belə də olmalıdır. Çünki Azərbaycanın gələcəyi bu yoldur”, - deyə Ramiz Mehdiyev qeyd edib.

Ramiz Mehdiyev partiyanın yeni idarə heyətində həm tanıdığı, həm də tanımadığı şəxslərin təmsil olunduğunu deyib:

“Güman edirəm ki, cənab Prezident bu məsələyə çox uzaqgörən nöqteyi-nəzərdən yanaşıb və İdarə Heyətinin 40 nəfərdən ibarət üzvü seçilib".

AMEA prezident yeni idarə heyətində təmsil olunmadığını bildirib:

"Mən 35 nəfərdən ibarət Ağsaqqllar Şurasında təmsil olunacağam. Deyə bilərəm ki, Ağsaqqallar Şurasına çox tanınmış, böyük hörmətə malik insanlar seçilib".


Müəllif: Səxavət Həmid, Yeganə Oqtayqızı

Oxşar xəbərlər