5 Mart 2021 19:54
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 siyasi partiya öz qurultayını keçirərək Yeni Azərbaycan Partiyasına birləşməklə bağlı qərar qəbul etmişdilər. Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında bununla bağlı qərar qəbul olundu. Həmin 6 siyasi partiya artıq Yeni Azərbaycan Partiyasına birləşmiş oldu.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilən Cavid Osmanov bildirib.

O, daha sonra deyib:

“Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Qurultayda yeni seçilmiş İdarə Heyətinin üzvlərindən biri də mənəm. Mən möhtərəm cənab prezidentimizə, partiyamızın sədrinə göstərilən bu böyük etimada görə dərin təşəkkürümü bildirirəm. Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük şərəfdir. Partiyanın İdarə Heyətində təmsil olunmaq da böyük şərəf, eyni zamanda çox böyük məsuliyyətdir. Bundan sonra da ulu öndər Heydər Əliyevin ideyalarına, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin icrasına, möhtərəm cənab prezidentimizin apardığı siyasətə sədaqətlə və böyük məsuliyyətlə xidmət edəcəyik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər