9 Mart 2021 16:39
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı Azərbaycanın dövlətçilik tarixində, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə idi. Qurultay tarixi bir mərhələdə baş tutdu. Vətən müharibəsindəki möhtəşəm qələbədən sonra YAP-ın qurultayı yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilir. Qurultayda YAP sədri, cənab Prezidentin geniş və məzmunlu çıxışı region və dünyada gedən proseslərlə bağlı bir yol xəritəsi idi.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, ölkə başçısı qurultayda çox vacib çağırışlar edib: “Bu çıxış hər bir partiya üzvü üçün istiqamət taryektoriyası kimi qəbul olunur. Siyasi partiyalar üçün bir yol xəritəsi müəyyənləşmiş oldu. Cənab Prezident çıxışında ölkə həyatında baş verən prosesləri və gələcəyə hədəflənmiş xarici siyasət prioritetlərini, hədəfləri açıq və detallı şəkildə diqqətə çatdırdı. Qurultayda səslənən fikirlər region dövlətləri və xalqları üçün də əhəmiyyətlidir. 44 günlük Vətən müharibəsindəki Zəfər xalqımızın taleyində yeni bir səhifənin açılmasını labüd edib. Dövlətimiz bölgədə yeni reallıqlar yaradıb. Bu reallıq yeni geosiyasi proseslərin müəyyənləşməsində başlıca rol oynayır”.

Məlahət İbrahimqızının fikrincə, bundan sonra da ölkəmizin güclənməsinə xidmət edəcək addımlar atılacaq: “Bölgədə yeni bir əməkdaşlıq platforması yaranıb. Bu platformada qonşu dövlətlər mühüm yer alacaq. Azərbaycanın irəli sürdüyü platformaya qardaş Türkiyə başda olmaqla digər dövlətlər açıq dəstək verib. Yeni əməkdaşlıq xalqların inkişafına, imkanların genişlənməsinə səbəb olacaq. Rusiya, İran, Gürcüstan bu platformada mühüm yer tutmağa hazır olduğunu bəyan edib. Ermənistanın da konstruktiv yanaşma müstəvisində regional platformalarda iştirakı mümkün ola bilər”.

Millət vəkili qeyd edib ki, dövlət başçısı qurultaydakı prezident və parlament seçkilərindən sonra ölkəmizdə yaranmış yeni əməkdaşlıq və islahatlar mühitinin əhəmiyyətinə toxunub: “Bu, yeni bir konfiqurasiyadır. Bu konfiqurasiyada siyasi partiyaların da əməkdaşlığı mümkündür. Konstruktiv mövqedən çıxış edən bütün siyasi partiyaların cəmiyyətimiz, dövlətimiz naminə fəaliyyətini ümumiləşdirməsi yeni dövrün yanaşması kimi ortaya çıxır. Sözsüz ki, antimilli qüvvələrin bu platformda iştirakı mümkün deyil. Bir vaxtlar işğalçı Ermənistanı və Paşinyan rejimini özləri üçün örnək götürənlər sözsüz indiki məqamda yeni bir istinad nöqtəsi axtarışındadır. Bu cür yanaşmaları cəmiyyət görür və lazımı səviyyədə qiymətləndirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər