10 Mart 2021 08:45
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Erməni mediasının iddiasına görə, bu günlərdə ABŞ-ın Ermənistandaki daxili siyasi prosesler barədə görüş keçirilib və ABŞ-dan maliyyələşən müəyyən qüvvələrə tapşırıqlar verilib. ABŞ Ermənistanda gedən siyasi ictimai proseslerdə nə kimi rol oynayır?

- Ermənistandaki daxili siyasi proseslər barədə keçirilən görüş və ABŞ-dan maliyyələşən qüvvələr barədə məlumatım yoxdur. Artıq Vaşinqtonda deyil, İstanbulda yaşayıram. Düşünürəm ki, ABŞ Ermənistandakı siyasi böhranın aradan qalxmasını və ölkənin normal vəziyyətə qayıtmağını görmək niyyətindədir. ABŞ eyni zamanda hərbi müdaxilənin əvəzinə Ermənistanda demokratiyasının güclənməsini və ikinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən qəti şəkildə məğlub edildikdən sonra yaranan psixoloji böhrandan qurtularaq bu fürsətdən istifadə edib regional iqdisadiyyata yenidən inteqrasiya olunmasını istəyər. Bu, Prezident İlham Əliyevin açdığı bir qapıdır və Ermənistan bu qapıdan keçməlidir.

- Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın son açıqlamasında Bayden administrasiyasının Yaxın Şərq ölkələrində olduğu kimi Qafqazda da əməkdaşlıq edəcəyini bildirdi. Belə bir əməkdaşlıq gözlənilirmi?

- Bəli, İbrahim Kalın Dövlət katibi Antoni Blinken ilə müzakirələrdən sonra Türkiyə və ABŞ-ın Qarabağda əməkdaşlıq edəcəyini bildirdi. Amma Ağ Evin açıqlamasında Qarabağdan bəhs edilmədi. Bununla yanaşı ABŞ-ın Türkiyə ilə bir çox strateji maraqları bölüşdüyü və iki müttəfiqin strateji tərəfdaşlığı bərpa etmək istəyi vurğulandı.

- Qarabağla bağlı üçtərəfli anlaşmadan sonra yeni əməkdaşlıq platforması qurulub. 6 ölkənin iştirak edəcəyi bu platformaya ABŞ-ın yanaşması necədir? ABŞ-ın marağı varmı?

- ABŞ 6 ölkə ilə qurulan yeni əməkdaşlıq platformasının tərəfdarı deyil. Bayden administrasiyasının siyasət istiqamətinin Rusiyanın Cənubi Qafqaz, Suriya, Liviya və Gürcüstana yönəlik aqressiv davranışını məhdudlaşdırmaq olduğunu nəzərə alsaq, bunu görə bilərsiz. Təkcə Rusiya deyil, eyni zamanda İranın da daxil olduğu hər hansı regional əməkdaşlıq ABŞ-ın istəyinə uyğun deyil. Əksinə ABŞ Azərbaycan, Türkiyə və Ermənistanın birlikdə əməkdaşlıq etməsinin tərəfdarıdır.

- Amerika Rusiyaya qarşı yeni sanksiyalar elan etdi və yeni milli təhlükəsizlik strategiyasında Rusiyaya xüsusi vurğu edilib. Geosiyasi kontektsdə ABŞ-ın Rusiya ilə bağlı planları nə ola bilər?

- Bayden administrasiyasının Rusiya ilə bağlı planları Vaşinqtonun razı olmadığı addımlara müqavimət göstərərək əməkdaşlıq üçün uyğun sahələr tapmaqdır. Bunlar Aleksey Navalnının həbsi kimi daxili və ya beynəlxalq sahələr ola bilər. Qara dənizə xüsusi diqqət göstəriləcəyini düşünürəm. Vaxtilə Krımın ilhaqına qarşı keçmiş prezident Obamanın mövqeyində həmin dönəmdə vitse-prezident Baydenin böyük rolu var idi. Ukraynanın Co Bayden üçün böyük əhəmiyyəti var. Bayden administrasiyası Rusiyanın transatlantik ölkələrə təsir göstərəcək hər hansı aqressiv davranışına qarşı müqavimət göstərmək üçün ABŞ-ın NATO-dakı müttəfiqi olan ölkələrə müraciət edəcək.

- Bayden İrana qarşı da sərt açıqlamalar verdi və İraqdaki son hərbi hücumda da İranı ittiham etdi. Amerika İranla hansı şəkildə razılıq edəcək? Daha sərt addımlar atılacaqmı?

- Bayden administrasiyası sadəcə sərt açıqlamalar vermədi, eyni zamanda İraqda ABŞ hərbçilərinə hücum edən, ancaq Suriyada yerləşən İran qüvvələrinə qarşı da hücum etdi. Bununla yanaşı Bayden administrasiyası ABŞ-ı nüvə proqramı ilə bağlı İranla Birgə Hərtərəfli Fəaliyyət Planına qaytarmaq istəyir. Amma Vaşinqtonun siyasətə görə bu, ancaq İran öz öhdəliklərini yerinə yetirərək razılaşmaya uyğun hərəkət edərsə, mümkün ola bilər. İran isə ABŞ-ın razılaşmanı təkr edərkən tətbiq etdiyi sanksiyaları ləğv etmədiyi təqdirdə bu addımı atmayacağını bəyan edir. Beləliklə, Bayden administrasiyasının İranı razılığa gətirmək ümidi var. Öz mövqeyindən çəkilmədən sabitliyi pozan və ABŞ hərbçilərinə hücum edən İran qüvvələrinə qarşı dayanmaq arasında incə bir balansı qoruduğunu düşünürəm.

- Keçmiş prezident Barack Obamanın siyasi xəttini davam etdirəcəyi deyilən Co Baydenin hakimiyyət dönəminin “çevrilişlər erası” olacağını iddia edirlər. Hətta dövlət katibi Anthoni Blinken son açıqlamasında totalitar rejimə müxalifətin dəstək verəcəyini bildirdi. Bu kontekstdə hansı ölkələr hədəf alına bilər?

- Dövlət katibi Blinken sadəcə olaraq ABŞ-ın demokratik hökuməti dəstəkləyəcəyini və totalitar rejimə qarşı çıxacağını, eyni zamanda demokratik hökumətə nail olmaq üçün bir daha hərbi gücdən istifadə edilməyəcəyini bildirib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər