Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.
Bununla bağlı partiyanın qurultayında qərar qəbul edilib:
"Yeni qərarla isə ayrıca bir şöbə yaradılacaq. Həmin şöbənin adının nə olacağı isə hələlik məlum deyil".
Qeyd edək ki, YAP-ın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.
Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.