17 Mart 2021 23:26
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi baxımından tarixi dönüş nöqtəsi oldu”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Manas Universiteti və Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı deyib.

“Qardaşlığımızdan irəli gələrək Azərbaycana haqlı mübarizəsində verdiyimiz dəstək bütün dünyanın diqqətini çəkib. Azərbaycanla hər sahədə mükəmməl səviyyədə olan əlaqələrimiz bundan sonra da “iki dövlət, tək millət” anlayışı çərçivəsində davam edəcək”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib.

M. Şentop Türkiyə ilə Azərbaycan arasında təsis edilən tarixi əməkdaşlıq və qardaşlıq hüququnun bütün türk cümhuriyyətləri üçün müstəsna bir örnək olduğuna inandıqlarını da vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər