18 Mart 2021 17:42
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanın müzəffər ordusu Ali Baş Komandanın irəli əmri ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazandı. Dövlətimizin gücü, Ordumuzun yenilməzliyini, xalqımızın əzmi və əyilməzliyini bütün dünya gördü. Xalq, Ordu və Ali Baş Komandanın monolit birliyi bir daha sübut olundu. Tarixi Zəfər əzmkar Prezidentin, Azərbaycan xalqının işğalla barışmamaq prinsipinə əsaslandı. Əfsanəvi qəhrəmanlıqlarla dolu Vətən müharibəsi dünya tarixinin, XXI əsr hərb elminin, şəhidlərimizin qanı ilə yazılmış yeni səhifəsi oldu.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Millət vəkili Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli, Xocavənd, Hadrut qəsəbəsi və Şuşaya səfərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Ali Baş Komandanın qətiyyəti, iradəsi, əzmi, milli ruh və yüksək idarəçilik dəyərləri ilə Azərbaycan Ordusu tarixin ən şanlı və şərəfli qələbəsini qazanıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin gözləmədiyi istiqamətə Hadruta yönəldi. Azərbaycan Ordusunun qətiyyəti və şücaəti ilə Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll etdi. Çünki məhz Hadrut azad edildikdən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi”.

O qeyd edib ki, Ali Baş Komandanın torpaq çərşənbəsində mədəniyyət beşiyi Şuşada olması böyük məna ifadə edir: “Cənab Prezident hər zaman xalqın məhəbbəti ilə əhatə olunub. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün böyük mükafatdır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən, böyük cəsarət və qətiyyət göstərərək Füzuli və Xocavənd rayonlarına səfər etdi və öz zəfər sevincini xalqla bölüşdü. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisinə çevrilib. Xalqın qəhrəman Milli Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Müzəffər Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olmuş torpaqlarımıza növbəti səfəri Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq. Hadrutda şanlı bayrağımızı dalğalandıran cənab Prezident Füzuli-Hadrut avtomobil yolunun təməl qoymasında iştirak edib. Qarabağda yaradılacaq infrastruktur layihələri üçün bu yolun xüsusi əhəmiyyəti var”.

Məlahət İbrahımqızı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgəri erməni mülki əhaliyə atəş açmadığını, Ordumuzun humanizm prinsiplərinə riayət etdiyini söyləyib: “Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə vandalizmə məruz qalan, dağıdılan tarixi dəyərlərimizi xilas etdi. Ölkəmiz hər zaman tolerantlıq, əməkdaşlıq, mədəniyyətlər və sivilizasiyalara arası dialoqa xüsusi önəm verib. Buna baxmayaraq, İrəvanın vandalizm siyasətinin qurbanı olan tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılıb. Bu gün azad edilən ərazilərimizdə beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi oluruq. İşğaldan azad edilmiş, torpaqlara növbəti səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx mağarasında olublar. Azıx mağarası dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir. Azərbaycan xalqına, tarixinə məxsusdur və tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparəb. Xaricdən qanunsuz olaraq alimlər gətizdirib. Azərbaycan xalqına məxusus tarixi mədəni irsin saxtalaşdırlmaına cəhd edilib. Sözsüz ki, bütün bu qanunsuzluqlara görə erməni tərəfi beynəlxaq hüququ müstəvisində cavab verəcək”.

Deputat vurğulayıb ki, erməni işğalına son qoymaqla çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşmuş oldu: “Bu gün şəhidlərimizin, tarixi mütəfəkkirlərimiz Pənahəli xanın, Hüseyinqulu xanın, İbrahim xanın, M. P.Vaqifin, Xurşudbanu Natəvanın, Uzeyir Hacıbəyovun, tarixi şəxsiyyətlərin, mütəffəkirlərin ruhu şaddır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər