Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Teleqraf.com-un qonağı olub.
Qabil Hüseynli müsahibə zamanı ilk olaraq ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapan fikirləri şərh edib.
Politoloq daha sonra Azərbaycan Prezidentinin martın 15-16-da Füzuli və Xocavənd rayonlarına, martın 16-da Şuşa şəhərinə etdiyi səfərin əhəmiyyətindən bəhs edib, dövlət başçısının Hadrut qəsəbəsinin işğaldan azad olunmasının Ermənistan və onu dəstəkləyən dairələr tərəfindən ciddi-cəhdlə inkar olunmasının səbəblərini açıqlayıb.
Martın 31-də Qazaxıstanın Türküstan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, Türk Şurası) qeyri-rəsmi zirvə görüşündən gözləntilər söhbət zamanı müzakirə olunan digər məsələ olub.
Bütün bu suallara verilən cavablarla təqdim olunan videoda daha ətraflı tanış ola biləcəksiniz.