Fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.
Azərbaycan İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, martın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha beş siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.
Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasının nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.