Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İdlibdəki vəziyyətlə əlaqədar rusiyalı həmkarı Sergey Şoyqu ilə konstruktiv telefon danışıqları apardığını söyləyib.
Teleqraf.com xəbər verir ki, o deyib:
“Sergey Şoyqu ilə danışıqlar çox konstruktiv keçdi. Biz İdlibdə atəşkəsin pozulmasına qarşı tədbirlər görməyə razılaşdıq”.
Onun sözlərinə görə, məqsəd davamlı atəşkəsin təmin edilməsidir.