29 Mart 2021 18:12
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti Qarabağda yaşayan ermənilər üçün 200 milyon dollar ayrılması ilə bağlı fikirlər səsləndirsə də, onların həmin məbləği verib-verməyəcəyi şübhə altındadır. Biz azad etdiyimiz ərazilərdə 30 minə yaxın erməni məskunlaşdırılmışdı. Şuşa və Hadrutda yaşaya ermənilər müharibədən sonra faktiki evsiz qalıblar. Bu insanların böyük əksəriyyəti hazırda Ermənistandadır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Politoloq bildirib ki, İrəvan bu erməniləri Dağlıq Qarabağa qaytarmağa çalışır, amma bunun üçün həmin ermənilərin yaşayış yeri olmalıdır: “Bu səbəbdən İrəvanda elan edirlər ki, orada tikinti işlərinə 200 milyon dollar maliyyə ayıracaqlar. İndi bu pulu tapıb-tapmayacaqları, tikinti aparıb-aparmayacaqları nisyə söhbətdir”.

Rasim Musabəyov qeyd edib ki, Ermənistan tərəfi bunu humanitar məsələ kimi təqdim edir:

“Əlbəttə, humanitar məsələlərə etiraz etmək bir qədər çətindir. Mən bilmirəm, onlar hansı xətlə bunu edəcəklər. Ancaq Avropa ölkələrindən belə cəhdlər olduğu təqdirdə onlar Azərbaycan hökuməti ilə bu addımlarını razılaşdırmaq məcburiyyətində qalacaqlar. Bəli, ermənilər indiyə qədər addımlarını bizimlə razılaşdırmayıblar, ona görə də sonda müharibə nəticəsində acınacaqlı duruma düşüblər. Bunlar hələ orada əli silahlı durublar. Amma zamanla vəziyyət ortaya çıxacaq. Xarici ölkələr də bu kimi addımların atılmasını Azərbaycanla razılaşdırmalıdır. Yeri gəlmişkən, hazırda Rusiya orada humanitar işlər həyata keçirir. Biz də bu addımların Azərbaycanla razılaşdırılmasını tələb edirik və buna da müəyyən mənada əməl olunur. Amma Ermənistanla diplomatik əlaqələrimiz yoxdur. Onlar hətta bizim ərazilərimizə əli silahlı adamlar göndərməyə çalışırdılar, biz onları bundan əl çəkməyə məcbur edirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər