1 Aprel 2021 16:10
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Şurası türkdilli xalqların birləşməsi və yeni platformada fəaliyyəti baxımından çox əhəmiyyətlidir. Özbəkistanın da bu Şuraya üzv seçilməsi türkdilli dövlətlərin əməkdaşlıq çərçivəsini genişləndirir, təşkilatın beynəlxalq əhəmiyyətini daha da artırır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Türk Şurasına üzv ölkələr bir-biri ilə ikitərəfli əməkdaşlıq münasibətlərinə malikdir: “Amma bu ölkələrin Türk Şurasında birləşməsi əməkdaşlıq imkanlarını genişləndirir. Əməkdaşlığın yeni dövr üçün inkişafı gündəmin çoxşaxəli olmasına imkan verir. Türk Şurası formatındakı əməkdaşlıq beynəlxalq platformalarda türkdilli dövlətlərin sözünün kəsərini və gücünü artıracaq”.

Azər Badamovun fikrincə, Zəngəzurun qapalı olması Türk Dünyasının birbaşa birləşməsinə bir maneə idi: “Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbəsindən sonra imzalanmış üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizi açılır. Bu, Türk Dünyasını birləşdirməklə yanaşı əlaqələrin daha da sıxlaşmasına imkan yaradacaq. Beləliklə Asiyadakı tükdilli dövlətlərin Türkiyəyə və Avropaya birbaşa çıxışı təmin olunacaq.

Bu, həm də türk xalqlarının yaxınlaşması və beynəlxalq platformalarda vahid mövqedən çıxış imkanlarını daha da gücləndirəcək. Türr dövlətlərinin yaxınlaşması iqtisadi, siyasi və humanitar sahələri əhatə etməklə türkdilli xalqların birliyini monolitə çevirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər