8 Aprel 2021 23:41
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri cənab Volkan Bozkır Azərbaycana səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə V.Bozkır tvitter hesabında bildirib.

O, qeyd edib ki, səfər müddətində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və Xarici İşlər naziri Ceyhun Bayramovla da görüşəcək.


Müəllif: Teleqraf.com