“General-leytenant Rüstəm Muradov erməni əsirlər (terrorçular – red.) üçün Bakıya uçmuşdu”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, Azərbaycandakı erməni terrorçularının geri qaytarılması məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra yaranıb:
“Rusiya bu məsələni həll etmək üçün səy göstərməyə çalışır. Rusiya qəhrəmanı, general Muradovun Bakıya getməsinin səbəbi budur. Ancaq hələ deyə bilməyəcəyim bir əngəl yarandı. Anlaşma olmasaydı, təyyarə niyə bura uçmalı idi?”.
Jurnalistin təyyarənin niyə boş qayıtdığını soruşduqda, Köçəryan “intuitiv olaraq” nə baş verdiyini anladığını söyləyib.
Qeyd edək ki, Ermənistan hakimiyyəti dünən axşam saatlarında bir qrup “hərbi əsir” olan təyyarənin Bakıdan İrəvana gəldiyini açıqlayıb. Ancaq təyyarə “hərbi əsir”lər olmadan İrəvana enib.