9 Aprel 2021 20:13
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında bu həftələrin gərginliyi tezliklə Rusiyanın təşəbbüsü ilə müharibə mərhələsinə keçəsidirsə, bunun iki vacib mərhələdən sonra baş verəcəyini ehtimal eləmək mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib.

Məmmədov ehtimal edir ki, Rusiya müharibənin başlamasında maraqlıdırsa, əvvəla Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının (23 aprel) başa çatmasını gözləyəcək: “Bununla bərabər Prezident Baydenin ABŞ tarixində ilk dəfə Türkiyəyə qarşı “genosid” iddiası ilə çıxış etməsini də (24 aprel) Rusiya gözləməyə çalışacaq”.

İlqar Məmmədov deyir ki, əgər Rusiya müahiribədə həqiqətən maraqlıdırsa, onda çalışacaq ki, AŞPA sessiyası bu müharibəyə dərhal hüquqi-siyasi qiymət verməsin: “Baydenin Türkiyəyə qarşı addım atması isə mümkün Ukrayna müharibəsində NATO birliyini və yardım əməliyyatlarını əngəlləyə bilər.

Odur ki, Vaşinqton və Ankara arasında gərginliyin artması üçün çox faydalı olan “genosid” bəyanatının verilməsində Moskva çox maraqlıdır. Moskvanın müharibə planı varsa, lap yerinə düşər”.


Müəllif: Cavad

Oxşar xəbərlər