Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün baş tutmuş telefon danışığında Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasına dair işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Teleqraf.com xəbər verir ki, Kremlin yaydığı məlumatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin aktivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir bildiriblər.