Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir.
Teleqraf.com-un məlumatına görə, bunu Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru Xalid Taymur Akram deyib.
İcraçı direktor bildirib: "Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir və ümid edirik ki, tezliklə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar".
Akram vurğulayıb ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin başlandığı andan etibarən Azərbaycanı dəstəkləyib: "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyinin şahidi olduq və torpaqların azad olunması ilə bağlı Azərbaycanın sevincini bölüşürük".
İcraçı direktor qeyd edib ki, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər 1991-ci ildən başlayır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 ölkədən biri olub. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü ilin martında qurulub.