13 Aprel 2021 09:40
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritəsini verməməsi beynəlxalq konvensiyalara ziddir.

Bunu Teleqraf.com-a AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu davranışı ilə Ermənistan yeni bir hərbi cinayət törədir: “Xəritələri verməməkdə başlıca məqsədləri Azərbaycanın diqqətini əsas hədəflərdən yayındırmaq, dirçəlişi yubatmaq, vətəndaşların dədə-baba torpaqlarına qayıtmasına maneə olmaqdır”.

Deputat bildirib ki, bu davranış eyni zamanda Ermənistanda qisasçılıq meyillərinin təzahürüdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər