13 Aprel 11:50

Pandemiya günü-gündən genişlənir. Bu, dünyada müşahidə edilən prosesdir. Hesab edirəm ki, vaksinasiya məsələsinə diqqət etməliyik.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat əlavə edib ki, peyvənd işi sürətlə getmir:

“Əgər vaksin ehtiyatımız varsa, əlbəttə indi dünyada vaksinlərlə bağlı ciddi mübarizə gedir. Çox müsbət haldır ki, Azərbaycan bu istiqamətdə müsbət addımlar atıb, fərqlənir. Çalışır ki, kasıb ölkələr də vaksinlərlə təmin olunsun. Ancaq bizim vaksin ehtiyatımız varsa, bu proses sürətli aparılmalıdır. Bunun üçün təbliğata da ehtiyac var. Düşünürəm ki, bununla bağlı sosial çarxlar hazırlana, təbliğat işləri aparıla bilər. Hesab edirəm ki, bu istiqamətə diqqət göstərməyimizə ehtiyac var”.


Müəllif: Nemət