Hərbi Qənimətlər Parkının açılışı min illik tariximizdə bir ilkdir. Bu park düşmənlərimizə göz dağı olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Musa Qasımlı deyib.
O əlavə edib ki, bu parka gələnlər millətimizin və dövlətimizin böyüklüyünə bir daha şahid olacaq.
Deputat bəzi məmurların qaziləri narazı saldığını da diqqətə çatdırıb. Musa Qasımlı bildirib ki, millətə eyni gözlə baxmaq vacibdir.
Onun sözlərinə görə, qazilərin problemləri həllini tapmalıdır.
M.Qasımlı həmçinin qələbəyə kölgə salmaq istəyən şəxsləri də tənqid edib, bu cür fəaliyyəti qərəzli adlandırıb.