13 Aprel 2021 13:18
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ zamanı Sovet İttifaqı Qəhramanı, Sosialist Əməyi Qəhramanı ilə yanaşı Qəhraman Ana statusu var idi. Bu, səhv etmirəmsə, 10 övladı olan xanımlara verilirdi. Onun da güzəşti təxminən Sovet İttifaqı Qəhramanı və ya Sosialist Əməyi Qəhramanı kimi olurdu. Ancaq medallar fərqli idi. İndi biz şəhid ailələri ilə bağlı müzakirlər aparırıq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas deyib.

Millət vəkili təklif edib ki, şəhid anası medalı olsun: “Niyə də olmasın. Əslində belə təkliflə yazıçı Çingiz Abdullayev çıxış edib. Bəlkə, bu məsələyə baxaq? Şəhid anaları üçün böyük sevinc olardı”.


Müəllif: Nemət

Oxşar xəbərlər