15 Aprel 2021 14:51
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus Prezidenti Aleksandr Lukaşenko Bakını tərk etdikdən bir gün sonra rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Maraqlıdır ki, prezidentlər telefon danışığında iki ölkə arasındakı əlaqələrin indiki səviyyəsi ilə yanaşı, Dağlıq Qarabağ mövzusunu da müzakirə ediblər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Belarus prezidentinin rusiyalı həmkarıyla Qarabağ məsələsini müzakirə etməsinin səbəblərinə diqqət çəkib:

“Aleksandr Lukaşenko Bakıdakı açıqlamalarında Azərbaycana dəstək verdiyini gizlətmədi. Lukaşenko onu da dedi ki, elə bir məsələ yoxdur ki, Minsklə Bakı arasında fikir ayrılığı olsun. Mümkündür ki, qapalı görüşdə rəsmi Bakının “İsgəndər” raketləriylə bağlı Moskvanın siyasətindən narazılıq da səsləndirilib.

Belarus Rusiyanın müttəfiqi sayılır. Ona görə Bakı Moskva ilə təmaslarında Minskin imkanlarından da istifadə edə bilər. Lukaşenkonun belə bir təcrübəsi var.

Belarus prezidenti daha öncə Azərbaycan prezidentinin Qarabağ münaqişəsinin həlliylə bağlı mesajlarını Ermənistanın keçmiş prezidentinin də diqqətinə çatdırmışdı. Sadəcə, Belarus prezidenti vasitəçilik təşəbbüslərində hələ ki, uğur qazanmayıb. Kreml sahibinin də Lukaşenkonun Qarabağla bağlı mövqeyi az maraqlandırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər