Aprelin 15-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.