21 Aprel 2021 20:57
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məcburi köçkünlər arasında uzun sürən və xroniki xəstəliklərə düçar olan insanlar daha çox olur".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında xroniki və uzun sürən xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə həsr olunmuş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzünün daha bir ağır nəticəsi azərbaycanlı məcburi köçkünlər arasında uzun sürən və xroniki xəstəliklərin çox olmasıdır: "Biz pandemiya dövrünü yaşayırıq. Bu böhran vəziyyətdən əsas əziyyət çəkən insanlar məcburi köçkünlərdir. Mənim tanışlarım, dostlarım, valideynlərim, qohumlarım Ermənistanın təcavüzü nəticəsində 30 il bundan əvvəl Dağlıq Qarabağdan qaçqın düşüblər. Məcburi köçkünlərin həyat səviyyələri daha çətin, habelə yaşadıqları mənzillərdə şəraitləri daha çətin olur. Məcburi köçkünlər emosional stresə daha artıq məruz qalırlar. Bütün bunlar da onlalarda xroniki və uzun sürən xəstəliklərin yaranmasına səbəb olur".

T.Gəncəliyev Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistan tərəfindən basdırılmış minaların yerini göstərən xəritələrin verilməsinin vacibliyi məsələsinə də toxunub: "Ermənistan Qarabağda minaladığı ərazilərin xəritəsini verməlidir ki, bu insanlar geriyə, doğma torpaqlarına qayıda bilsinlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər