Bu gün Milli Məclisdə bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılması ilə əlaqədar iclas keçirəcək.
Teleqraf.com-un məlumatına görə, iclasda bitərəf deputatlar MSK-ya onları təmsil edəcək üzvləri müəyyən edəcəklər.
Qeyd edək ki, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.
MSK indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.