Prezidentin Hacıqabula səfəri zamanı əsas məqamlardan biri də Qarabağın bərpası və məcburi köçkünlərin öz yerlərinə qayıdışı məsələsinin birmənalı şəkildə vurğulanması oldu.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezidentin bu səfərində əsas məsələlərdən biri də Azərbaycanın öz haqlı mövqeyindən geri çəkilməyəcəyinin yenidən açıq şəkildə dilə gətirilməsi olub:
“Səfərin, xüsusilə, ölkə Prezidentinin müsahibəsinin digər önəmli, başlıca məqamından biri isə Zəngəzurla bağlı məsələnin daha açıq və birmənalı şəkildə dilə gətirilməsi idi. Ölkə Prezidenti bir daha bu məsələyə qayıdaraq, Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu və bu torpağın insanlarının, əzəli-əbədi sakinlərinin öz yurdlarına dönəcəyini bəyan etdi. Bu, çox mühüm mesaj və bəyanat idi. Bu, Azərbaycanın haqlı mövqeyinin növbəti bəyanı idi”.