23 Aprel 2021 13:59
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik. Çünki onların müalicəsi ilə bağlı infrastrukturu istədiyimiz səviyyədə qura bilmirik. Əksər hallarda məhkəmələr bu insanların həbsə getməsinə qərar verir və onlar orada daha çox insanı buna yoluxdurur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa səsləndirib.

Millət vəkili deyib ki, istər insan alveri, istər narkomaniya, məcburi əmək, dilənçilik kimi problemlərdə sosial reabilitasiya gücləndirilməlidir: “Sığınacaqlara biz insan alveri qurbanlarını 2-3 ay yerləşdirməklə problemi həll etmiş olmuruq. Bu insanlar yenidən normal həyata qayıtmaqda çətinlik çəkirlər. Çox vaxt da yenidən həmin işə qayıdırlar. Bu, xüsusilə Azərbaycan cəmiyyətində belədir. Biz yeni fikirlər üzərində düşünməliyik. Bu insanların işə götürülməsi təşviq edilməlidir. Yataqxanalar tikilməlidir. Təhsil sistemindən başlayaraq, maarifləndirmə işini gücləndirməyə ehtiyac var. Bu istiqamətdə deputatların da təkliflərini dəyərləndirmək lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər