Deputat Razi Nurulleyav açıq havada toy məclislərinin təşkilinə icazə verilməsini təklif edib.
Teleqraf.com xəbər verir ki, deputat təklifini Milli Məclisdə çıxışı zamanı səsləndirib.
O deyib ki, artıq havaların istiləşməsi müşahidə edilir: “Hesab edirəm ki, açıq havada toyların keçirilməsinə icazə vermək lazımdır".
Onun fikrincə, toy məclislərinin keçirilməsinə icazənin verilməsi həm də bir neçə şəxsin işləməsi deməkdir”.
Xatırladaq ki, deputat Fazil Mustafa da bir neçə dəfə bu məsələni qaldırıb.