23 Aprel 2021 21:55
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sorosun maliyyə və ideoloji dəstəyi ilə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan hazırda ölkəsində arzuolunmaz şəxsə çevrilib. 44 günlük müharibədən sonra Ermənistanın düşdüyü ağır və çıxılmaz duruma görə erməni cəmiyyəti məhz Paşinyan hakimiyyətini günahkar bilir. Ona görə də, hazırkı erməni baş nazirin adi küçədə bir anlıq gəzintisi belə cəmiyyətdə qıcıq yaradır. Baş nazir kapitulyasiyaya imza atmaqda, satqınlıqda ittiham edilir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Ermənistan cəmiyətinin düşdüyü ağır duruma görə, tək Paşinyan hakmiyyəti günahkar deyil: “30 ilə yaxın qonşu dövlətin, Azərbaycanın torpaqlarını işğalda saxlamaq və talançılıqla məşğul olmaq bunun nəticəsində bütün regional proseslərdən uzaq qalmağın ağır nəticələri erməni cəmiyyəti üçün bəlli mənzərəni yaradıb. Əslində erməni cəmiyyəti bu gün ölkəsində olanlara görə, özlərində də, bir cavab olmalıdır. Paşinyana qədər hakimiyyətdə olanlar Köçəryan və Sarkisyan Azərbaycana qarşı işğal, terrorçuluq və soyqırım siyasəti həyata keçirib. 44 günlük müharibə dövründə hazırkı baş nazirin rəhbərliyi ilə Azərbaycanın dinc şəhərləri və mülki əhali ağır artilleriya və raketlərlə hədəf seçildi. Məhz bütün bunlar Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq insanlığa qarşı cinayətin onlar üçün adi bir hal hesab olunduğu anlamına gıəlir. Belə olmasaydı Gəncədə, Bərdədə, Tərtərdə və digər şəhərlərimizə dinc sakinlər, gecə vaxtı hədəf kimi seçilməzdi. Sözsüz ki, bütün bunları dünya birliyi, beynəlxalq ictimaiyyət gördü. Sadəcə olaraq dünya erməniliyi və onların bu bölgədə olmasında maraqlı olan qüvvələr öz çirkin təbliğatları ilə məşğuldur”.

Deputat bildirib ki, Ermənistanda Paşinyan hakimiyyətə gətirənlər yeni bir yanaşma, demokratik imic daşıyan fiqur kimi təqdim edənlər əslində öz maraqlarını reallaşdırmaqda maraqlı olan qüvvələr idi: “Az qala elə bir görüntü yaradırdılar ki, guya Paşinyan demokratdır və onun insan hüquq və azadlıqları ilə bağlı məsələlərdə həssas olacaq. Amma bunun əksini 44 günlük müharibə dövründə hər kəs gördü”.

Məlahət İbrahimqızı söyləyib ki, bu günlərdə Paşinyanın bölgələrə səfərinə etiraza görə, Ermənistanda 20 nəfər, o cümlədən Meqri şəhərinin meri həbs edilib: “SOROS sayağı demokratiyanın Ermənistan nümunəsi artıq özünün bütün çalarları ilə göstərir. Ermənistanda artıq ifadə azadlığı ləğv edilib. Baş nazirə qarşı etiraza görə, kütləvi həbslər həyata keçirilir. Oxşar hadisələr Azərbaycanda baş versəydi, Sorosun nəzarətində olan beynəlxalq hüquq-müdafiə təşkilatlarının, medianın və ələbaxan siyasətçilərin, ekspertlərin reaksiyasını təsəvvür etmək elə də çətin deyildi. Amma bu gün Paşinyan ona qarşı çıxanları açıq şəkildə hədələyir, həbsə atdırır. Az qala hər gün Azərbaycanda olanlara reaksiya verməyə hazır olan demokratiya “keşikçiləri” isə nədənsə, Ermənistanla bağlı olaylarda susqun görünür. Onları susqunluğa vadar edən isə Sorosun imkanlarıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər