26 Aprel 2021 21:13
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab Bayden, Minsk Qrupu deyə bir üçlük formalaşdırılmışdı. ABŞ, Rusiya və Fransa vardı. 30 il bu işğaldan xilas etmədiniz”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında deyib.

O, ABŞ Prezidenti Co Baydenə müraciət edib:

“Cənab Bayden, Minsk Qrupu deyə bir üçlük formalaşdırılmışdı. ABŞ, Rusiya və Fransa vardı. 30 il bu işğaldan xilas etmədiniz. Oradakı insanlar, azərbaycanlı qardaşlarımız, təəssüf ki, bir milyondan çox insan oralardan didərgin düşməyə məcbur oldu”.

Dövlət başçısı bildirib ki, bütün o yerlər, o Qarabağ, bütün binalar dağıdılıb:

“Soyqırımı” deyirsinizsə, güzgüyə baxıb özünüzü qiymətləndirməlisiniz. Hinduları deməyimə ehtiyac yoxdur. Bütün bunlar ortada ikən, sizlər Türkə, Türk millətinə “soyqırımı” etiketini yapışdıra bilməzsiniz.

Baxın, buralarda on minlərlə mülki insan qətl edilib, 1,5 milyon azərbaycanlı qardaşlarımız evlərini tərk etmək məcburiyyəti qarşısında qoyulub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər