27 Aprel 2021 11:58
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Fazil Mustafa təklif edib ki, bələdiyyələrin səlahiyyət məsələsinə yenidən baxılsın.

Teleqraf.com xəbər verir ki, deputat təklifini bu gün Milli Məclisin iclasında səsləndirib.

O, buna əsas kimi dünyanın inkişaf etmiş ölkələrində bələdiyyələrin daha geniş səlahiyyətə sahib olmasını göstərib.

Deputat eyni zamanda qeyd edib ki, Azərbaycanda ciddi struktur islahatlarına başlanmalıdır.

Fazil Mustafa Bakı Şəhər Bələdiyyəsinin yaradılmasını təklif edərək bunun eksperiment ola biləcəyini də deyib.

Xatırladaq ki, bundan öncəki iclas zamanı deputat bələdiyyə qurumlarının verdiyi sənədlərin icra qurumları tərəfindən qəbul edilməməsini tənqid etmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər