27 Aprel 2021 12:09
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın sabiq prezidenti Donald Tramp Co Baydeni "yuxulu adam" adlandırırdı. Həqiqətən də Baydenin yuxudan oyanması lazımdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev səsləndirib.

Millət vəkili qeyd edib ki, ABŞ-ın qərəzli mövqeyinin daha əvvəllər də şahid olmuşuq:

“Amerika ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, xalqımıza qarşı soyqırımı törətməsinə heç vaxt münasibət bildirməyib. Əksinə, 1990-cı illərdə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. İndi Baydenin ağsaqqal dövrüdür və dünyada sülh üçün işləməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər