28 Aprel 2021 13:05
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bəzi jurnalistləri “səfeh” adlandıran həmkarı Zərdüşt Əlizadəyə cavab verib.

Teleqraf.com xəbər verir ki, ekspert Əlizadənin məlum fikirlərinin qeyri-etik olduğunu bildirib.

Elçin Mirzəbəyli qeyd edib:

“Co Baydenin aprelin 24-dəki məlum bəyanatından sonra, aralarında çoxsaylı jurnalistlərin də olduğu sosial şəbəkə istifadəçiləri Şimali Amerika xalqlarına qarşı həyata keçirilən soyqırımının tanınması ilə bağlı statuslar yazaraq, Türkiyəyə, türklüyə qarşı sərgilənən ədalətsizliyə, haqsızlığa öz etirazlarını bildirmişdilər. Yəni qondarma soyqırımı iddialarının qarşılığında gerçək soyqırımı faktını xatırlatmışdılar. Tamamilə təbii bir reaksiyadır və etirazın bir formasıdır. Zərdüşt Əlizadə isə hesab edir ki, yalnız “səfeh jurnalistlər belə düşünə bilər”.

Qeyd edim ki, hindu soyqırımı ilə bağlı yazılan statuslar bu və ya digər dövlətin, siyasi partiyanın mövqeyini ifadə etmirdi, heç hansısa araşdırmanın, təhlilin tərkib hissəsi də deyildi, sadəcə etiraz idi, vəssalam!

İndi Zərdüş Əlizadə onun kimi düşünməyənləri səfeh hesab edir və onunla söhbətləşən həmkarımız da - ərk edib deyirəm - buna heç bir reaksiya vermir, ən azı ondan nə üçün jurnalistləri aşağıladığını soruşmur. Zərdüştün aşağılayıcı fikirləri də olduğu kimi yayımlanır.

Zərdüşt Əlizadə intellektual şəxs təsiri bağışlayır, yaxud belə görünməyə cəhd göstərir. Amma intellekt həm də mədəniyyətdir, tərbiyədir, başqalarının kimsəni aşağılamayan, etik çərçivədə səsləndirdikləri fikirlərə sayğıyla yanaşmaq bacarığıdır, tərbiyədir”.

Xatırladaq ki, Zərdüşt Əlizadə məlum fikri Teleqraf.com-a müsahibəsində səsləndirib.

Politoloq jurnalistin “Türkiyə ABŞ-a qarşı hansı addımlarla cavab verə bilər?” sualına belə cavab verib:

“Amerikaya qarşı addım atmaq Türkiyəyə əl vermir. Türkiyəyə uyğundur ki, Amerika ilə dost, mehriban münasibətləri olsun. İndi Türkiyə Amerikaya baş qoşub, məsələn, hindu soyqırımını tanısın – bunu ancaq səfeh jurnalistlər deyə bilərlər. Türkiyə oturuşmuş dövlətdir, onun sabit xarici siyasəti var. Unutmayın ki, bu dövlətin 500 illik imperiya, 800 il də dövlətçilik tarixi mövcuddur. Yəni, o, dünən yerdən elə-belə çıxan göbələk deyil - ənənələri olan millət və dövlətdir. Onlar siyasətlərini düşünürək həyata keçirirlər. Ərdoğanın da çox güclü müşavirləri, məsləhətçiləri var. Türkiyəni çox güclü və vətənpərvər siyasi sinif idarə edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər